Home Manşet Hikmət Babaoğlu: Olmayan xalqdan olmayan bir ordu düzəltmək mümkün deyil

Hikmət Babaoğlu: Olmayan xalqdan olmayan bir ordu düzəltmək mümkün deyil

484
0
SHARE

Bu günlərdə Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilməsi müzakirə olunmaqdadır və bunu zəruri edən səbəb ondan ibarətdir ki, faktiki olaraq ölkədə müdafiəni təşkil edəcək insani resurslar, ordu, orduda nizam-intizam yoxdur və Ermənistanın əl atdığı sonuncu təxribatlarda bir daha aydın oldu ki, bu ordu döyüş qabiliyyətli deyil. Ona görə də yeni qanunda könüllülərin orduya cəlb olunması məsələsi aktuallaşdırılır və düşünürlər ki, bu şəkildə işğalçı Ermənistanın ordusunu gücləndirmək olar. Ancaq bu mümkün deyil. Bunula belə əslində məsələnin başqa tərəfləri də var. Diqqətlə təhlil etdikdə aydın olur ki , könüllülərin orduya cəlb olunmasında tək məqsəd sadəcə ordunun gücləndirilməsi deyil. Bu vasitə ilə hər şeydən öncə Paşinyan orduda özünə sadiq qüvvələr yaratmaqla siyasi rəqibləri önündə üstünlük qazanmağa çalışır. Çünki onun siyasi rəqibləri bu və ya digər formada ordu ilə bağlı olmuş və sonradan prezidentlik kürsüsünü əldə etmiş şəxslərdi ki, Sarkisyan da, Köçəryan da bu şəkildə eyni keçmişə malik idilər. Beləliklə orduda, onun hərbi elitasında onların müəyyən nüfuzu var. İkinci məsələ ondan ibarətdir ki, bu proses adı altında, yəni könüllülər adı altında Ermənistan öz işğalçı ordusuna muzdluları və terroristləri cəlb etmək niyyəti güdür ki, bu da əslində onsuz da terrorçu olan orduya yeni terroristlərin qazandırılması siyasətidir. Əsas məsələlərdən bir digəri isə orduda yeni güc mərkəzi yaratmaqla Paşinyana qarşı mümkün ixtişaşlara cavab vermək üçün sadiq qüvvələr əldə etməkdir. Ona görə də hazırda bu dəyişikliyin həyata keçirilməsi ilə bağlı addımlar atılmaqdadır. Amma bu formada şübhəsiz ki, ordunu gücləndirmək olmaz. Çünki insani resursların qıtlığı, vətəndaşların, hərbi qulluq yaşına çatmış gənclərin ölkəni tərk etməsi, ümumiyyətlə əhalinin ölkəni tərk etməsi Ermənistanda ordu quruculuğu işini də iflic vəziyyətə salmışdır. Bu problemi həll etmək zərurətindən irəli gələn axtarışlar zamanı bir müddət əvvəl müxtəlif ideyalar ortaya atılmağa başlandı. Paşinyan əvvəlcə xalq, ordu qurmaq tezisini irəli sürdü. Əlbəttə ki, olmayan xalqdan olmayan bir ordu da düzəltmək mümkün deyil. Və xalq, ordu ənənəsi ümumiyyətlə Ermənistanın tarixində olmayan bir hadisədir. Ona görə də öz milli xarakterlərinə uyğun olaraq könüllülər adı altında muzdluların və terroristlərin Ermənistan ordusuna cəlb etməsini ən doğru və ən optimal yol kimi müəyyənləşdirdilər. Amma şübhəsiz ki, könüllülərin orduya cəlb edilməsi məsələsi və onların saxlanılması Ermənistan büdcəsinin öhdəsindən gələcəyi bir iş deyil. Çünki bunun çox ciddi maliyyə tərəfləri var. Bu sadəcə ətrafında bütün həlqələrin daraldığını hiss edən Ermənistanın uğursuz çırpınışlarıdır. Şübhəsiz ki bunlar heç bir halda Ermənistan ordusunu güclü etməyəcəkdir və Azərbaycan öz güclü ordusuyla ən qısa zamanda ərazi bütövlüyünü bərpa edəcəkdir.