Home Manşet Hikmət Hacıyev: Ermənistana hərbi yüklərin daşınması ilə bağlı Rusiya tərəfinin izahı bizi...

Hikmət Hacıyev: Ermənistana hərbi yüklərin daşınması ilə bağlı Rusiya tərəfinin izahı bizi tam qane etmir

563
0
SHARE

Müxtəlif istiqamətlərdə Rusiyadan Ermənistana yüklərin daşınması həyata keçirilir və bu, ictimaiyyətimizi narahat edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, son dövrlər Ermənistanın silahlandırılması Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir:

“Rusiya tərəfinin izahı bizi tam qane etmir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.