Home Dünya xəbərləri ABŞ-da Laura qasırğası nəticəsində ölənlərin sayı 16-ya yüksəldi

ABŞ-da Laura qasırğası nəticəsində ölənlərin sayı 16-ya yüksəldi

679
0
SHARE

ABŞ-ın Luiziana və Texas ştatlarında “Laura” qasırğası qurbanlarının sayı 14-dən 16-ya yüksəlib.

Trend-in məlumatına görə, daha iki nəfərin ölümü barədə Luiziana səhiyyə idarəsi məlumat verib.

Bildirilib ki, 84 yaşlı kişi və 80 yaşlı qadın həlak olub: “Ölüm səbəbi elektrik generatordan düzgün istifadə etməməsi səbəbindən dəm qazından zəhərlənmə olub”.

Associated Press agentliyi bundan əvvəl fəlakətin 14 qurbanı olduğunu bildirdi.