Home Dünya xəbərləri “Milan” İbrahimoviçlə müqavilənin uzadılmasını təsdiqləyib

“Milan” İbrahimoviçlə müqavilənin uzadılmasını təsdiqləyib

407
0
SHARE

İtaliyanın “Milan” futbol klubu İsveçli hücumçu Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını təsdiqlədi.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Z.İbrahimoviçin Milan ilə hazırkı müqaviləsi 31 avqustda başa çatır.

Portuqaliyanın “Record” qəzetinin verdiyi məlumata görə, Z.İbrahimoviç müqaviləni bir il uzadıb, idmançı 7 milyon avro qazanacaq.