Home Manşet Hikmət Babaoğlu: İşğalçı ölkəyə təziq etməlidirlər, əks təqdirdə…

Hikmət Babaoğlu: İşğalçı ölkəyə təziq etməlidirlər, əks təqdirdə…

689
0
SHARE

Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyəti və təxribatı davam etməkdədir. Bu günlərdə qondarma rejimin başçısı Araik Arutunyan Klikia katalikosu birinci Aramla danışaraq Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi məsələsini müzakirə edibdir. Bu çox qorxulu tendensiyadır və beynəlxalq hüquqa ziddir. Hər şeydən öncə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokoluna ziddir. Bu cür faktlar əsla və əsla ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətindən, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalıdır və bunlar qeydə alınmaqla qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. İkinci təhlükəli olan məsələ ondan ibarətdir ki, bu günlərdə Ermənistanda hərbi xidmətə çağırışla bağlı qanuna düzəliş edilməsi gündəmə gəldi. Bu o deməkdir ki, könüllülərin bundan sonra Ermənistan ordusuna cəlb olunmasının qanuni yolu açılacaqdır və bu prosesdə erməni ordusuna könüllülər adı altında çoxsaylı terroristlər cəlb ediləcəkdir. Ona görə də bu iki fakt arasında bir əlaqə qurub belə nəticəyə gəlmək olar ki, Livandan köçürülən ailələrin içərisində də çoxsaylı terroristlər ola bilər. Çünki Livan daima terroristlərin məskunlaşdığı, yerləşdiyi və yetişdirildiyi bir məkan olubdur. İlk dəfə 1875-ci ildə erməni terror təşkilatı ASALA yaradılan zaman məhz Livanda yaradılıbdır. Hazırda da bu klassik ənənə davam etməkdədir. Ona görə də əslində burda iki məsələyə xüsusi diqqət ayrılmalıdır. Bir qeyri-qanuni məskunlaşma, digəri isə Cənubi Qafqaza terroristlərin gətirilməsi ilə regionda vəziyyətin daha da gərginləşdirilməsi. Bu fakta hər şeydən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri dərhal reaksiya verməlidirlər. Və əgər regionda doğurdan da gərginliyin daha da artmasını istəmirlərsə, doğurdan da problemi sülh yolu ilə həll etmək istəyirlərsə bu cür addımların qarşısını almalıdırlar. İşğalçı ölkəyə təziq etməlidirlər. Əks təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün addımları atacaqdır.