Home Manşet Könül Nurullayeva: Prezidentin çağırışı hər bir vətəndaşda məsuliyyət hissini artırmalıdır

Könül Nurullayeva: Prezidentin çağırışı hər bir vətəndaşda məsuliyyət hissini artırmalıdır

689
0
SHARE

Ölkəmizdə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunmasında vacib rol oynayır. Hazırda Azərbaycanda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin yeni istifadəyə verilən modul tipli hospitalı da koronaviruslu xəstələrin müalicəsi işini yüksək səviyyədə aparmaq üçün mövcud imkanları genişləndirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, COVID-19-la mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir. Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, vaxtında və kompleks yanaşma vəziyyəti nəzarət altında saxlamağa imkan verdi: “Həqiqətən də vaxtında preventiv addımlar atılmasaydı, bu gün vəziyyət tamamilə nəzarətdən çıxa bilərdi. Çünki dünya ölkələrinə nəzər saldıqda virusun yayılma dinamikasında risklər və təhlükəli vəziyyət müşahidə edirik. Bəzi ölkələr məhz sanitar-epidemioloji vəziyyətin tələbinə uyğun olaraq, yenidən sərt karantin qaydaları tətbiq etməyə məcbur olub. Mütəxəssislər vaksin tapılmayana qədər vəziyyətin bu cür davam edəcəyini proqnozlaşdırırlar.

Yeri gəlmişkən, Azərbaycan hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi istiqamətində də fəal iş aparır. Bu barədə yeni hospitalın açılışında cənab Prezident də vurğuladı. Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olmaq niyyətindədir. Bu isə onu deməyə əsas verir ki, dövlət üçün insanların sağlamlığı əsas prioritetdir. Bütün tədbirlər ilk növbədə vətəndaşların sağlamlığının qorunmasına yönəlib. Sevindirici haldır ki, hazırda ölkəmizdə virusa yoluxma dinamikasında azalma müşahidə olunur. Biz bu müsbət tendensiyanı qoruyub saxlamalıyıq. Bu məsələdə hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Ölkə başçısı da bəyan etdi ki, “qanun qarşısında hamı bərabərdir. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir”. Cənab Prezident bir daha bütün vətəndaşları məsuliyyətə çağırdı. Bu çağırış hər bir vətəndaşda məsuliyyət hissini artırmalı, dövlətin qətiyyətli və düşünülmüş addımlarına dəstək davam etdirilməlidir”.