Home Cəmiyyət Bakıda əhali pullarını daha çox hara xərcləyib?

Bakıda əhali pullarını daha çox hara xərcləyib?

438
0
SHARE

2020-ci ilin yanvar-iyun aylarında Bakıda istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50,4 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf ediblər.

Trend-in məlumatına görə, vəsaitin 13,8 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,0 faizi elektrik malları və mebelin, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 10,2 faizi avtomobil yanacağının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Ümumilikdə, hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,0 faiz azalaraq 10 milyard 233,7 milyon manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni səviyyəsindən 1,0 faiz azalaraq 10 milyard 222,8 milyon manat təşkil edib.