Home Dünya xəbərləri Ermənistanda koronavirusa yoluxanların sayı 44 min nəfəri keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 44 min nəfəri keçib

420
0
SHARE

Ermənistanda koronavirusa yoluxanların sayı 44 075 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 197 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 884 nəfər koronavirusdan ölüb, 4 291 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.