Home Manşet Kamran Bayramov: Paşinyanın məqsədi münaqişə zonasında gərginliyin artırılması və işğalçılıq siyasətinin davam...

Kamran Bayramov: Paşinyanın məqsədi münaqişə zonasında gərginliyin artırılması və işğalçılıq siyasətinin davam etdirilməsidir

304
0
SHARE

Ermənistanın baş naziri Nikol Paşinyanın son günlərdəki fəaliyyəti bu ölkənin sülh danışıqlarına hazır olmadığını, bunu qətiyyən qəbul etmədiyini, əksinə Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artırılması və işğalçılıq siyasətinin davam etdirilməsi məqsədini daşıdığını göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi haqda danışarkən deyib.

Deputat Paşinyanın Qarabağ separatçılarının “lideri” Araik Arutyunyanla birlikdə Dağlıq Qarabağda olmasını bu cür şərh edib:

“Paşinyanın son zamanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı diplomatik məğlubiyyətləri, onun son biabırçı müsahibələri cəmiyyətdə reytinqinin aşağı düşməsi ilə nəticələnib və bu vəziyyətdən çıxmaq, müəyyən dividendlər qazanmaq və eyni zamanda, erməni ordusunda hökm sürən ruh düşkünlüyünü aradan qaldırmaq üçün Qarabağa səfər edib, hərbi obyektlərdə olub, oradakı vəziyyətlə maraqlanıb, Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində törədilmiş təxribatlarda “fərqlənmiş” hərbiçiləri mükafatlandırıb.

Digər tərəfdən, bu səfər Ermənistanın işğalçılıq siyasətinin prioritetdə olduğunu, təxribatların davam edəcəyindən xəbər verir. Təsadüfi deyil ki, Ermənistanda “Müdafiə haqqında” qanuna edilən dəyişikliklərin ictimai müzakirəyə çıxarılması, Ermənistan ordusunun say tərkibinin mülki vətəndaşlar hesabına artırılması da bunun əyani sübutudur”.