Rusiyada koronavirusa təkrar yoluxma faktı təsdiqlənib.
Trend-in məlumatına görə, virusa ikinci dəfə yoluxma birinci yoluxmadan 148 sonra qeydə alınıb.
Hazırda mütəxəssislər digər belə halların olub-olmamasını araşdırır.
Qeyd edək ki, avqustun sonunda Rusiyanın Tuva respublikasının rəhbəri Şolban Kara-ool iyunun sonunda sağaldıqdan sonra yenidən koronavirusa yoluxduğunu demişdi.