Home Dünya xəbərləri Rusiyalı nazir koronavirusa qarşı peyvənd olunub

Rusiyalı nazir koronavirusa qarşı peyvənd olunub

533
0
SHARE

Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov koronavirusa qarşı peyvənd olunub.

Trend-in məlumatına görə, bu barədə nazir özü bildirib.

O, peyvəndi iki həftə əvvəl etdirdiyini deyib. Nazirin sözlərinə görə, peyvənddən bir gün sonra qızdırması olub. Sonrakı günlərdə isə onun vəziyyəti yaxşılaşıb.

Qeyd edək ki, Rusiyanın “Sputnik V” koronavirus vaksini avqustun əvvəlində dünyada ilk qeydiyyata alınan vaksin olub.