Home Manşet Deputat: Azərbaycan Prezidenti Türkiyə-Azərbaycan münasibətlərinin bütün diplomatiya və siyasətin fövqündə olduğunu diqqətə...

Deputat: Azərbaycan Prezidenti Türkiyə-Azərbaycan münasibətlərinin bütün diplomatiya və siyasətin fövqündə olduğunu diqqətə çatdırdı

727
0
SHARE

Ən böyük dilomatiya milli maraqları müdafiəetmə əzmi, ən doğru siyasət dürüstlükdür. Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyətində daima milli maraqları qorumaq üçün çox kombinasiyalı siyasi gedişlər ustası kimi deyil həm də diplomatik üslüb və etiketi dərindən bilən güclü diplomat keyfiyyətləri ilə tanınır. Bunu Trend-ə Mill Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, biz dəfələrlə Prezident İlham Əliyevin ən mürəkkəb şəraitdə ən sadə metodlarla bizə və müttəfiqlərimizə qarşı olan diplomatik həmlələri necə asanlıqla dəf etdiyinin və layiqli cavab verdiyinin şahidi olmuşuq:

“Eyni hadisəni ən müxtəlif beynəlxalq tədbirlərdə, ikitərəfli və çoxtərəfli görüşlərdə, beynəlxalq konfranslarda təşkil edilən debatlarda müşahidə edərək qurur hissi keçirmişik. Ona görə də Azərbaycan milli maraqlarını qorumaqda tam müstəqil siyasət yeridən dövlət, tətəfdaşlarının və müttəfiqlərinin maraqlarını qorumaqda isə əsl etibarlı dost kimi tanınıb. Məsələn Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə o vaxtkı Ermənistan Prezidenti Serj Sarkisyanın Türkiyəyə qarşı hücumlarına sərt cavab verərək bildirmişdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.

Bu yerində nümayiş etdirilən diplomatik qətiyyət o zaman işğalçı ölkənin prezidentinin üzünə vurulan sillə effekti yaratmışdı. Bu günlərdə Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə akreditasiya olunmuş səfirinin etimadnaməsini qəbul edərkən yeni bir diplomatik üslubla həqiqətləri açıq və şəffaf şəkildə onun diqqətinə çatdıraraq bildirdi ki , – Yunanıstan, Kipr və Ermənistanla birlikdə üçlü format yaradaraq Azərbaycana qarşı fəaliyyət göstərirlər; – Yunanıstanla Ermənistan arasında hərbi əməkdaşlıq Azərbaycanda ciddi narahatlıq doğurur. Çünki Ermənistan bizim ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir.

Bu yerində olan qətiyyətli və milli maraqlarımızın hər şeydən üstün tutulduğunu göstərən fikir və mövqe əslində yaxşı bir diplomatik dərs keyfiyyətində idi. Əmin olamaq olar ki, bundan hamı lazımi nəticəni özü üçün çıxartmış oldu. İkinci digər ən mühüm bir mövqe isə ondan ibarət oldu ki, Azərbaycan Prezidenti Türkiyə-Azərbaycan münasibətlərinin bütün diplomatiya və siyasətin fövqündə olduğunu diqqətə çatdırdı. Prezident bildirdi ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu fikirlər Türkiyə- Azərbaycan qardaşlığının ən yaxşı ifadəsi və bir millət iki dövlət fəlsəfəsinin real beynəlxalq münasibətlər sistemində təntənəsi idi. Şübhəsiz ki, bu cür qətiyyətli və prinsipial diplomatiya siyasəti milli maraqlarımızın qoruyan ən yaxşı vasitədir”.