56 saylı Xaçmaz kənd seçki dairəsini təmsil edən millət vəkili Sevil Mikayılova seçiciləri ilə onlayn qəbul keçirib.
Qəbulda Xudat şəhər və kənd sakinləri əsasən sosial xarakterli müraciətlərini səsləndiriblər, uzun illərdir mövcud olan və həll olunmamış bir sıra problemlərə toxunublar.
Millət vəkili öz növbəsində hər bir vətəndaşın arzu və istəklərini dinləyərək, onların çoxsaylı müraciətlərinə əsaslanaraq bəzi problemlərlə bağlı artıq aidiyyatı qurumlar qarşısında məsələ qaldırıldığını və həlli istiqamətində müsbət cavab alındığını nəzərə çatdırıb.
S.Mikayılova vətəndaşların qəbulda səsləndirdikləri digər problemlərlə bağlı müraciətləri də nəzarətə götürdüyünü, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılacağını bildirib.
Onlayn qəbulda iştirak edən seçicilər millət vəkilinə daim onlarla maraqlandığı, problemlərini diqqətdə saxlayaraq həll etdiyi üçün təşəkkürlərini ifadə ediblər.