Home Manşet Azərbaycan-Türkiyə münasibətləri AzTV-də müzakirə edilib

Azərbaycan-Türkiyə münasibətləri AzTV-də müzakirə edilib

381
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən etdiyi çıxış, Türkiyə ilə bağlı rəsmi Bakının mövqeyini açıq şəkildə səsləndirməsi günün əsas müzakirə mövzusudur. Ölkə başçımızın bütün məsələlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu, Türkiyənin təkcə strateji tərəfdaş və dost yox, məhz qardaş dövlət olduğunu bildirməsi iki ölkə münasibətlərinin ən üst səviyyədə olduğunun dünyaya bir daha nümayişidir.

Trend-in məlumatıan görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında Prezidentin səfirin etimadnaməsini qəbul edərkən çıxışında toxunduğu məsələlər, Azərbaycan-Türkiyə qardaşlığının, əməkdaşlığının perspektivləri və Ermənistanın işğalçılıq siyasəti müzakirəyə çıxarılıb.

Verilişin qonağı, Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, iki qardaş ölkənin münasibətlərini zaman-zaman xarici qüvvələr tərəfindən pozmağa cəhdlər edilib. Amma Prezidentin də bildirdiyi kimi, Azərbaycan-türkiyə qardaşlığı daimidir, heç bir qüvvə bu qardaşlığa xələl gətirmək gücündə deyil.

Proqrama “Zoom” vasitəsilə qoşulan Milli Məclisin deputatı Ramil Həsən, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva və Türkiyə Böyük Millət Məclisinin deputatı Xəlil Özşavlı mövzu ətrafında fikirlərini səsləndiriblər.

“Hədəf” verilişinin tam versiyasını “YouTube” kanalımızdan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=_inxVzjp538

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi – Trend.az