Home Cəmiyyət Azərbaycanda axtarışda olan cinayətkarların sayı azalıb

Azərbaycanda axtarışda olan cinayətkarların sayı azalıb

451
0
SHARE

Azərbaycanda axtarışda olan cinayətkarların sayı azalıb.

Trend-in məlumatına görə, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038, 2018-ci ildə 5 375, 2019-cu ildə isə 5 167 cinayətkar axtarışda olub.

Ötən il axtarışda olan cinayətkarların 61-i 14-17 yaşlı uşaqlar olub.

Keçən il axtarışda olanların 1 060-ı dələduzluq, 979-u oğurluq, 123-ü hərbi xidmət əleyhinə (onlardan 57-si fərarilik), 69-u dövlət əleyhinə, 41-i banditizm, 108-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd və s. ilə bağlı cinayət törədib.

 

2019-cu ildə 904 nəfər itkin düşüb ki, onların 144-ünün yaşı 18-dək olub. İtkin düşmüş uşaqların sayı ötən illərlə müqayisədə artıb.

Azərbaycanda 2019-cu ildə 144, 2018-ci ildə 136, 2017-ci ildə 105, 2016-cı ildə 129, 2015-ci ildə 116, 2010-cu ildə 137 uşaq itkin düşüb.