Ədliyyə nazirinin göstərişilə Azərbaycanda da özəl icra məmurları ilə bağlı layihə hazırlanır.
Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəis müavini Fərid Əfəndiyev deyib.
Onun sözlərinə görə, hazırda layihə razılaşdırma mərhələsindədir: “Avropa ölkələrinin əksəriyyətində özəl icra məmurları fəaliyyət göstərir. Qanuna əsasən bəzi məsələlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Vətəndaşa seçim imkanları olacaq. Özəl icra məmurları göstərdikləri xidmətə görə qonarar alacaqlar. Nazirlər Kabinetinin qərarına əsasən, onlar ödəniş müqabilində xidmət göstərəcəklər”.