Home Manşet Deputat Arzu Nağıyev seçiciləri ilə görüşüb (FOTO)

Deputat Arzu Nağıyev seçiciləri ilə görüşüb (FOTO)

584
0
SHARE

Bu gün 104 saylı Gədəbəy- Tovuz seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Arzu Nağıyev seçicilərlə onlayn görüş keçirib.

Trend-in məlumatına görə, görüşdə millət vəkili hər bir seçicinin müraciətlərini dinləyib, onların qayğı və problemləri ilə maraqlanıb.

Seçicilər millət vəkili ilə görüşdə əsasən kəndarası yolların təmiri, qazlaşdırılmamış kəndlərə qaz xəttinin çəkilişi, səhiyyə, sosial və məşğulluqla bağlı müraciətlər ediblər.

Müraciətlərin araşdırılaraq hərtərəfli öyrənilməsi barədə deputat köməkçisi Elşad İsmayılova tapşırıqlar verildi, qeyd edilən müraciətlər deputat tərəfindən nəzarətə götürülüb, həlli istiqamətində operativ şəkildə qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılacağı vurğulanıb.

Onlayn qəbulda iştirak edən seçicilər millət vəkilinə daim onlarla maraqlandığı, problemlərini diqqətdə saxlayaraq həll etdiyi üçün təşəkkürlərini ifadə ediblər.