Home Dünya xəbərləri İranda partlayış nəticəsində xəsarət alanların sayı 217 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

İranda partlayış nəticəsində xəsarət alanların sayı 217 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

552
0
SHARE

İranın İlam əyalətində xlor balonunun partlaması nəticəsində xəsarət alanların sayı 217 nəfərə çatıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, partlayış yük avtomobilinin xlor balonlarını daşıdığı zaman baş verib.

Bildirilir ki, yük avtomobilində olan xlor balonlarından biri naməlum səbəblərdən partlayıb .

Qeyd edək ki, daha əvvəl 120 nəfərin xəsarət aldığı bildirilirdi.

XXX

22:41

İranın qərbində güclü partlayış baş verib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, xlor balonunun partlaması nəticəsində təxminən 120 nəfər xəsarət alıb.

Bildirilir ki, hadisə yerində xilasedicilər işləyir, vəziyyət nəzarət altındadır.

Xlor balonunun partlamasının səbəbi araşdırılır.