Home Manşet PA-nın şöbə müdiri Ədalət Vəliyev REAL-ın sədri İlqar Məmmədovla görüşüb

PA-nın şöbə müdiri Ədalət Vəliyev REAL-ın sədri İlqar Məmmədovla görüşüb

530
0
SHARE

4 sentyabr 2020-ci ildə Prezident Admnistrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev REAL-ın Partiyasının sədri İlqar Məmmədov ilə görüşüb.

Trend-in məlumatına görə, şöbə müdiri REAL sədrini ölkə başçısı adından partiyanın dövlət qeydiyyatına alınması ilə bağlı təbrik edərək, partiyanın gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Ədalət Vəliyev son dövrlər ölkədə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar öz bəhrəsini verməkdə oduğunu bildirmişdir. Xüsusən çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesi, ölkə başçısının əlamətdar günlərdə partiya liderlərini təbrik etməsi, ümummilli problem olan Qarabağ məsələsində 43 siyasi partiyanın bəyanat verərək orduya və Ali Baş komandana dəstək verməsini ictimaiyyət tərəfindən təqdirlə qarşılandığını vurğulamışdır.

Daha sonra iqtidar-müxalifət siyasi dialoqunun və siyasi partiyalarla sağlam əməkdaşlığın qurulmasının nəticəsi olaraq, cari ilin mart ayından başlayaraq 47 siyasi partiya rəhbəri ilə mütəmadi olaraq görüşlər keçirilməsi, REAL Partiyası daxil olmaqla son 5 ay ərzində 6 siyasi partiyanın dövlət qeydiyyatına alınması və 10 siyasi partiyanın Qurultayların keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması faktı çox ciddi və yadda qalacaq hadisə kimi qeyd olunub.

Bununla yanaşı, siyasi partiyaların aktivləşməsi, “Azərbaycan” qəzetində “Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin “525-ci” qəzetində, İctimai TV, Space TV kanallarında, müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilərək, yeni siyasi konfiqurasiyanın təzahürü olduğu vurğulanmışdır.
Eyni zamanda Ə.Vəliyev Real Partiyasının gələcək fəaliyyətində dövlətin milli təməl prinsiplərini rəhbər tutmasını tövsiyə etmiş, partiyaların dini, etnik, irqi ayrı-seçkiliyə yol verməməsinin vacibliyini qeyd etmişdir

Öz növbəsində İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Real Partiyasının dövlət qeydiyyatına alındığı üçün təşəkkür etmişdir. İlqar Məmmədov partiyanın dövlət qeydiyyatına alınmasının onun təşkilatlanmasında, formalaşmasında, siyasi səhnədə aparıcı rol ala bilməsində mühüm rol oynayacağını bildirmişdir. Partiya sədri qeydiyyat zamanı hər hansısa problemin yaşanmadığını, Ədliyyə Nazirliyinin qeydiyyat prosesini qanunverciliyin tələbələrinə uyğun olaraq şəffaf və ədalətli şəkildə həyata keçirdiyini qeyd etmişdir.

Həmçinin, İlqar Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə bəraət alması və kompensasiya ödənilməsi və REAL Partiyasının qeydiyyatı, bu münasibətlə ABŞ, Avropa İttifaqının, Böyük Britaniya, Fransa səfirləri tərəfindən təbriklərin ünvanlanmasını bildirərək, Azərbaycan dövlətinin siyasi plüralizmin, çoxpartiyalı sistemin inkişafında maraqlı olduğunu, siyasi sahədə islahatların dönməz xarakter aldığını bir daha təsdiqlədiyini qeyd etmişdir.