Home Manşet Ukraynada üzərində “Qarabağ Azərbaycandır!” şüarı olan hava şarı səmaya buraxılıb

Ukraynada üzərində “Qarabağ Azərbaycandır!” şüarı olan hava şarı səmaya buraxılıb

549
0
SHARE

Bu gün Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə tanıtım aksiyası keçirilib.

Trend xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı və təşəbbüsü ilə keçirilən aksiya zamanı hava balonunun üzərinə “Qarabağ Azərbaycandır!” şüarı yazılaraq səmaya buraxılıb. Hava şarını Kiyev və Jitomir şəhərlərindən müşahidə etmək mümkün olub.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov mətbuata açıqlamasında bildirib ki, bu cür aksiyaların məqsədi Ukrayna cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaqdır. Onun sözlərinə görə, bu cür aksiyalar davamlı keçiriləcək.

Ukrayna sakinləri hava şarını bir saata yaxın müşahidə edə biliblər.