Home Manşet Misirin informasiya agentliyində Qubadlının işğalı barədə məqalə dərc edilib

Misirin informasiya agentliyində Qubadlının işğalı barədə məqalə dərc edilib

559
0
SHARE

AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının məqaləsi Misir Ərəb Respublikasının “əl-Daulə” informasiya agentliyində dərc edilib.

Trend-in məlumatına görə, məqalə “Beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycanın Qubadlı şəhərini işğal etməsini qınayır” adlanır.

Məqalədə Qubadlı şəhərinin tarixindən və ermənilərin 31 avqust 1993-cü ildə tarixi Azərbaycan torpağını işğal etməsindən bəhs edilir. Yazıda, həmçinin beynəlxalq təşkilatların erməni işğalı barəsində çıxardığı qətnamə və bəyanatlara da toxunulub.

Məqalənin linki: http://www.aldawlanews.com/archives/681806