Home Manşet Qənirə Paşayeva son 1 həftədə 165 nəfər vətəndaşımızı qəbul edib

Qənirə Paşayeva son 1 həftədə 165 nəfər vətəndaşımızı qəbul edib

513
0
SHARE
MM-nın Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva son 1 həftədə 200-dən çox vətəndaşımızın və mədəniyyət sahəsi işçilərinin qayğı, təkliflərini dinləyib, həlli istiqamətində müvafiq qurumlara müraciətlər edib.
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 1 həftədə 165 nəfər vətəndaşımızı qəbul edib və online qaydada görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb. Eyni zamanda millət vəkili Qənirə Paşayevanın köməkçisi tərəfindən 150-dən çox müraciət dinlənilib. Millət vəkili Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.
Sakinlərin müraciətləri arasında müalicə, təhsil, işə qəbul, ünvanlı sosial yardım, xəstəliyə görə əlillik pensiyası almaq, su, qaz, işıq, yol problemləri, məhkəmə qərarlarının icrası ilə bağlı məsələlər daha geniş yer tutub. Aliment ala bilməyən qadınlardan gələn müraciətlərin sayının ciddi narahatlıq doğuracaq dərəcədə artması nəticəsində məlum olub ki, cəmiyyətdə problem hələ də geniş vüsət alır. Məsələdən ciddi narahatlıq yaşayan millət vəkili bununla bağlı müvafiq qurumlarla ciddi müzakirələr aparıb və məsələnin həlli istiqamətində görülən işlərin sürətlənməli olduğunu bildirib.
Vətəndaşlarla müzakirələr zamanı millət vəkili Qənirə Paşayeva vətəndaşlarımızla koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb. Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva eyni zamanda son 1 həftədə 40-a yaxın mədəniyyət sahəsi işçilərini onların müraciətləri əsasında tək-tək qəbul edib, onların qaldırdıqları təkliflər barədə geniş fikir mübadiləsi aparılıb. Mədəniyyət sahəsi işçilərinin qaldırdığı problemlər, təkliflər əsasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir sıra qurumlara rəsmi müraciətlər göndərib və onların rəhbərləri ilə həmin məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.