Home Dünya xəbərləri Rusiyada son sutkada 5 195 koronavirusa yoluxma halı qeydə alınıb

Rusiyada son sutkada 5 195 koronavirusa yoluxma halı qeydə alınıb

403
0
SHARE

Rusiyada koronavirusa yoluxanların ümumi sayı son sutkada 5 195 nəfər artaraq 1 025 505-ə çatdı.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkədə infeksiyanın yayılması ilə mübarizə üzrə operativ qərargahdan məlumat verilib.

Bildirilir ki, hazırda federasiyada 166 736 nəfər sözügedən virusdan müalicə alır, ümumi sağalananların sayı isə son sutkada 2 823 artaraq 840 949-a çatıb.

Koronavirüs səbəbindən ölənlərin sayı son sutkada 61-ə, ümumilikdə isə 17 820-ə yüksəlib.