Home Manşet Arzu Nağıyev: Ermənistan Gürcüstanla bağlı qətnaməyə səsvermədən imtina etməklə bir daha riyakarlığını...

Arzu Nağıyev: Ermənistan Gürcüstanla bağlı qətnaməyə səsvermədən imtina etməklə bir daha riyakarlığını göstərdi

593
0
SHARE

BMT Baş Assambleyasında Gürcüstan tərəfindən təqdim edilən qətnamə layihəsi ilə bağlı səsvermədə iştirakdan imtina etməklə Ermənistan kim olduğunu, riyakar siyasətini bir daha ortaya qoydu.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.

Deputat bildirib ki, guya Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan-Ermənistan münasibətlərinə daim müsbət yanaşdığını deyir, üzdə özünü dost kimi göstərir. Lakin beynəlxalq səviyyədə səsvermədən imtina edir:

“Əsas məsələ ondan ibarətdir ki, təbii ki, ermənilər səsvermədən qaçacaqdılar, çünki onlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini pozublar, Azərbaycan ərazilərini işğal ediblər. Əgər Ermənistan bu qətnaməyə müsbət rəy versə, Dağlıq Qarabağ məsələsi də ortaya çıxır. Deməli Gürcüstan da özü üçün nəticə çıxarmalıdır, kimin dost, kimin düşmən olduğunu bilməlidir. Düşünürəm ki, bu məsələdə də Gürcüstan hakimiyyəti müvafiq qərarlar qəbul etməlidir və Ermənistanla bağlı siyasətində düzəlişlər etməlidir”.

Qeyd edək ki, sentyabrın 3-də BMT Baş Assambleyasında Gürcüstan tərəfindən ənənəvi olaraq irəli sürülən “Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsvermə ilə qəbul edilib.

Azərbaycan həmişə olduğu kimi qətnamə layihəsinin lehinə səs verib. Ermənistan səsvermədə iştirak etməyib.