Home Dünya xəbərləri Fransada atışma olub – Ölən və yaralanan var

Fransada atışma olub – Ölən və yaralanan var

531
0
SHARE

Fransanın Tuluza şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub. Daha bir nəfər isə ağır yaralanıb.

Yaralanan qadın xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu deyilir.

Hazırda polis atəşin açıldığı iddia edilən qara avtomobilin axtarışlarını davam etdirir. Atışmanın kriminal zəmində baş verdiyi ehtimal olunur.