İsraildə koronavirusa yoluxma və ölüm hallarının artması ilə əlaqədar gecə saatlarında komendant saatı tətbiq edilib.
Trend-in məlumatına görə, Baş nazir Benyamin Netanyahunn imzaladığı qərara əsasən, ölkənin 40 şəhərində yerli vaxtla saat 19:00-dan 05:00-dək bayıra çıxmaq qadağan edilir.
İsraildə son 3 gün ərzində koronavirusdan ölənlərin sayı min nəfəri ötüb.
Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 132 min nəfərə çatıb, 1 022 nəfər həyatını itirib.