Məktəblərdə şagird sıxlığı müxtəlif üsullarla tənzimlənəcək.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, sinif komplektlərinin müxtəlif vaxtlarda məktəbə gəlməsi təklif olunur: “Siniflərin yarısı həftənin 3 günü, digər yarısı isə 3 günü gələ bilər:
“Məktəblərə növbəli dərs rejiminə keçmək təklif olunur. Şagirdlər hətta 3 növbədə də gələ bilərlər. Sinif daxilində isə 1,5 metr ara məsafəsi saxlanılmalıdır. Əgər bu sıxlıq həmin məsafəni qorumağa imkan verməsə, sinif qruplara bölünəcək, onların hər biri üçün ayrıca dərs cədvəli hazırlanacaq. Bu zaman əsas sual budur ki, müəllimin dərs yükü çoxalacaqmı? Əyani dərslər üçün dərs miqdarı iki yarımqrup arasında yarı bölünəcək”.