Home Manşet Şəbnəm Həsənova: Ermənistan Gürcüstana dəstək verməməklə pozuculuq siyasətinə sadiq qaldı

Şəbnəm Həsənova: Ermənistan Gürcüstana dəstək verməməklə pozuculuq siyasətinə sadiq qaldı

556
0
SHARE

2020-ci il sentyabrın 3-də BMT Baş Assambleyasında Gürcüstan tərəfindən ənənəvi olaraq irəli sürülən “Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsvermə ilə qəbul edilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləm və dünya ölkələri tərəfindən də rəğbətlə qarşılanan, balanslaşdırılmış xarici siyasət kursu yürüdən Azərbaycan hər zaman olduğu kimi qətnamə layihəsinin lehinə səs verib. Bizdən fərqli olaraq hər zaman olduğu kimi, beynəlxalq münasibətlər sistemindən təcrid olunan və xarici siyasət kursunda normal ikitərəfli və çoxtərəfli əməkdaşlıq strategiyasından məhrum olan Ermənistan isə bu dəfə də öz simasızlığını nümayiş etdirərək səsvermədə iştirak etməyib.

Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova bildirib ki, sözügedən qətnamə Abxaziya və Sxinvalidən/Cənubi Osetiyadan olan bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu tanıyır və məcburi demoqrafik dəyişikliklərin qəbuledilməz olduğunu vurğulayır:

“Üzdə özünü Gürcüstanın dostu kimi göstərən Ermənistan bu qətnaməni dəstəkləmədi və bununla da Gürcüstana və onun ərazi bütövlüyünə növbəti dəfə zərbə vurdu. Ermənistan nəinki təkcə Azərbaycana düşmən siyasət yürüdür, eyni zamanda bu dövlət regionda pozuculuq siyasəti yürüdür və onun stabilliyinə zərər vurur və ciddi təhlükə yaradır.

Yəqin ki, Gürcüstan hakimiyyəti, cəmiyyəti, zaman-zaman Azərbaycana qarşı qəbuedilməz ritorikadan istifadə edən bəzi dairələr, Azərbaycan ərazilərinin işğalında iştirak edən Mixail Avakyana abidə qoyulmasına imkan verənlər bu səsvermədən bir daha lazımi nəticə çıxaracaq. Mövcud səsvermə isə bir daha kimin Gürcüstanın dostu, kimin düşməni olduğunu əyani şəkildə göstərdi”.