Home Cəmiyyət Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata üzvlük prosedurunun ilkin mərhələsinə qəbul...

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi beynəlxalq təşkilata üzvlük prosedurunun ilkin mərhələsinə qəbul edilib

472
0
SHARE

Əczaçılıq sahəsində milli tənzimləyici orqan kimi Analitik Ekspertiza Mərkəzi tərəfindən yerli və xarici dərman vasitələri istehsalçılarının Etibarlı İstehsalat Təcrübəsinin (EİT) tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün mütəmadi olaraq addımlar atılır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilən təftişlərin effektivliyinin daha da artırılması, bu sahədə mövcud qanunvericiliyin beynəlxalq standartlarla uyğunlaşdırılması, EİT təftişlərini həyata keçirən işçi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin EİT sahəsində milli, regional və beynəlxalq qurumlar ilə əməkdaşlığın gücləndirilməsi işi daim uğurla həyata keçirilir.

Bu məqsədlə Analitik Ekspertiza Mərkəzi tərəfindən PIC/S (Pharmaceutical Inspection Convention and Pharmaceutical Inspection Co-operation Scheme – Əczaçılıq Təftişi Konvensiyası və Əczaçılıq Təftişi üzrə Əməkdaşlıq Sistemi) beynəlxalq təşkilatına üzv olmaq məqsədi ilə cari ilin avqust ayında müraciət olunub və üzvlük prosedurunun ilkin mərhələsinə (“Pre-applicant”) qəbul edilib.

Məlumat üçün qeyd edək ki, sözügedən təşkilat dünya ölkələrinin əczaçılıq sahəsində milli tənzimləyici orqanları arasında əməkdaşlığın qurulması məqsədi ilə Avropa Azad Ticarət Assosasiyası tərəfindən 1970-ci ildə yaradılıb və hazırda ümumilikdə 53 üzvü var.