Home Dünya xəbərləri Türkmənistanda yoluxucu xəstəlikdən müalicədən imtinaya görə həbs cəzası nəzərdə tutulub

Türkmənistanda yoluxucu xəstəlikdən müalicədən imtinaya görə həbs cəzası nəzərdə tutulub

562
0
SHARE

Türkmənistanda təhlükəli infeksiyalardan müalicə olunmaqdan imtinaya görə həbs cəzası nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, yoluxucu xəstəliyi olduğunu bilə-bilə xəstəxananı tərk edən və ya digərlərinin yoluxması təhlükəsini yaradan şəxs iki il müddətinə azadlıqdan məhrum edilə bilər.

Yoluxma insan ölümünə səbəb olacağı təqdirdə isə cəza müddəti 5 ilədək artırıla bilər.

Qeyd edək ki, Türkmənistanda bu günədək koronavirus yoluxma barədə rəsmi məlumat verilməyib.