Home Manşet Aydın Quliyev: Ermənistanın Azərbaycanda dini, mədəni və tarixi irs nümunələrinə qarşı törətdiyi...

Aydın Quliyev: Ermənistanın Azərbaycanda dini, mədəni və tarixi irs nümunələrinə qarşı törətdiyi cinayətlər bəşəriyyətə qarşıdır

740
0
SHARE

Prezident İlham Əliyev Azərbaycana yeni təyin edilmiş İran İslam Respublikasının səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən Ermənistanın təcavüzünün siyasi, iqtisadi, mədəni və humanitar fəlakətlərinin miqyasına bir daha diqqət cəlb etdi.

Bunu Trend-ə açıqlamasında “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin fikir və mülahizələrinin ən dəyərli təsiri ondan ibarətdir ki, Azərbaycan lideri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları və işğal siyasətinin Azərbaycanın sadəcə 20 faiz ərazilərinin qoparılması ilə nəticələnmədiyini, üstəlik xalqımızın amansız etnik təmizlənməyə məruz qoyulduğunu, vəhşi qətliamlar qurbanına çevrildiyini, müqəddəs islami dəyərlərimizin təhqir edildiyini, tarix və mədəniyyət abidələrimizin vəhşicəsinə dağıdıldığını, korlandığını, memarlıq və arxeoloji dəyəri böyük olan saysız eksponatlarımızın talan edildiyini və özgəninkiləşdirildiyini bəşəriyyətə və insanlığa qarşı ən ağır cinayət əməlləri kimi inamlı şəkildə sübut etdi:

“Qiymətli mədəni irs və mənəvi sərvət nümunələri sayılan abidə və eksponatların planlı şəkildə məhv edilməsi Ermənistanın Azərbaycana qarşı təkcə əsassız ərazi iddiaları siyasəti aparmadığını, eyni zamanda etnik, dini genosid siyasəti apardığını sübut edir.
Ermənistanın dövlət siyasəti səviyyəsində islami dəyərləri alçaldaraq hətta məscidlərə heyvanat buraxmaq kimi cinayətlərə yol verdiyini hörmətli İran səfiri ilə müzakirə mövzusuna çevirməklə Prezident İlham Əliyev bütün İslam dünyasının ali mənafeləri çərçivəsində olan strateji təsirli prosesə yeni təkan verdi. Azərbaycan Prezidenti İslam dünyasında həmrəylik və birliyin daha da möhkəmləndirilməsini əsas vəzifələrdən biri kimi təsadüfən xatırlatmadı. Azərbaycan Prezidenti bununla bütün İslam dünyasının dini irs və dəyərlərimizin müdafiəsi ətrafında daha sıx birləşmək strategiyasının nə qədər əhəmiyyətli və vacib olduğunu yenidən ortaya qoydu. Azərbaycan Prezidenti aydın və təsirli mesaj verdi ki, Ermənistanın İslam dini dəyərlərinə və müqəddəslərə təhqiramiz qeyri-insani münasibətinə hamılıqla kəskin reaksiya verilməməsi İslam dünyasında həmrəyliyin dərinləşməsinə ən dağıdıcı təsir göstərən faktordur. Ermənistanın işğal altındakı ərazilərdə məscidlərə həqarət etməsi tək Azərbaycana qarşı deyil, bütün insanlığa və islam dünyasına həqarətdir”.

Ekspert deyib ki, həqiqətən də məscidlərə heyvan bağlayan bir təcavüzkar dövlətin eyni vaxtda başqa İslam ölkələri ilə yaxınlaşmaq cəhdləri ilk növbədə qonşumuz İran kimi dini dəyərlərin aliliyinə ilahi həqiqət qədər ardıcıl önəm verən İslam dövlətlərini narahat etməlidir: “Ekspertlərin hələ 1994-cü ilin reallıqları ilə apardıqları hesablamalar Ermənistanın Azərbaycana hərbi təcavüzlə azı 23 trilyon manat ziyan vurduğunu mübahisəsiz təsdiqləyib. Lakin dini, mədəni və tarixi irsin təkrarsızlığı nəzərə alınarsa, Ermənistanın məhv etdiyi tarixi mədəni və mənəvi irs nümunələrinin real dəyərini dolğun hesablamaq sadəcə mümkün deyil.

Bütün bu faktlar Ermənistanın sadəcə təcavüzkar və işğalçı olduğunu yox, həm də faşist və vandal təbiətli dövlət omduğunu sübut edir. Faşist Almaniyasının hitlerçi məfkurə daşıyıcılarının işğal etdikləri ərazilərdən mədəni sərvətləri talan edib daşımaq, məhv etmək siyasətini eynilə Ermənistanın dövlət rəhbərləri Azərbaycan ərazilərində törədirlər. Ən bağışlanmaz cinayət isə odur ki, Ermənistan bu cinayətləri həm də məscidlərə qarşı törədib.

Azərbaycan Prezidentinin toxunduğu fakt və mətləblər dünyanın diqqətini bir daha ona cəlb etdi ki, Ermənistanın Azərbaycan torpaqlarında dini, mədəni və tarixi irs nümunələrinə qarşı törətdiyi cinayətlər 1954-cü il beynəlxalq Haaqa konvensiyasına, 1992-ci il Avropa konvensiyasına, 1972-ci il YUNESKO konvensiyasına və saysız-hesabsız digər beynəlxalq humanitar hüquq aktlarına tamamilə zidd olmaqla bəşəriyyətə və insanlığa qarşı cinayət xarakteri daşıyır”.