Home Dünya xəbərləri İranda koronavirusdan 132 nəfər ölüb

İranda koronavirusdan 132 nəfər ölüb

684
0
SHARE

İranda ötən sutka ərzində 132 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22 542 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 302 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 391 112 nəfərə çatıb. Virus daşıyıcılarından 3 713 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 337 414 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,43 milyondan çox diaqnoz testi həyata keçirilib.