Home Manşet Pərvin Kərimzadə: Qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin...

Pərvin Kərimzadə: Qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması davam etdiriləcək

298
0
SHARE

Bu gün ölkəmizdə həyata keçirilən davamlı islahatlar bütün sahələrdə olduğu kimi dövlət idarəçiliyində də dövlət orqanlarında çevikliyin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Ölkə Prezidenti İlham Əliyevin siyasi, iqtisadi və sosial sahələrdə, dövlət idarəçiliyində həyata keçirdiyi islahatlar birbaşa xalqın rifahının yaxşılaşdırılmasına və dövlətin potensialının daha da gücləndirilməsinə yönəlib.

Bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, dövlət idarəetməsini daha da sadələşdirmək və müasir tələblərə uyğunluğunu təmin etmək isə dövlət aparatı ilə vətəndaşlar arasında münasibətləri asanlaşdırmağa, xidmətin keyfiyyətini yüksəltməyə zəmanət yaradır:

“Bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, ictimaiyyət tərəfindən daha çox bəyənilir və vətəndaşları razı salır. Təbii ki, dövlət idarəçiliyində məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Fəaliyyətinin əsas istiqamətini vətəndaşın çətinliklərinə, problemlərinə həssaslıqla yanaşan, onların operativ həlli istiqamətində əsaslı tədbirlər görən dövlətimizin başçısı daim qeyd edir ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa yol verilməməlidir.

Ölkədə dövlət idarəçiliyi ilə ictimaiyyət arasında əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi dövlət idarəçiliyinin xalqın istək və gözləntilərinə uyğun həyata keçirmək imkanlarını genişləndirir.

Gəncə şəhəri Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs çoxsaylı seçicilərimizlə, Gəncə sakinləri ilə müzakirə edilir. İnkişaf etmiş şəhərlərin təcrübəsi göstərir ki, idarəetmədə vətəndaşların müraciətlərinə baxılma mexanizminin sadələşdirilməsi, onların problemləri daha çevik şəkildə həll olunması, idarəetmə sistemnidə çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılması müsbət nəticələr verir. Ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə irəli sürülən təşəbbüs ilk növbədə vətəndaşların rahatlığına, məmnunluğuna xidmət edir”.