Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 730 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 703 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 281 509 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 118 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 252 152 nəfər təşkil edir.