Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası başlayb.
Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Georgi Qaxariya hökumətin iclasında deyib.
O bildirib ki, payız aylarında ikinci dalğa gözlənilirdi: “Ona görə də, əsas odur ki, təşvişə səbəb yoxdur. Biz ikinci dalğanı gözləyirdik və proses başlayıb. Vəziyyət tam nəzarət altındadır”.
Qeyd edək ki, Gürcüstanda yoluxma hallarının artması ilə əlaqədar bır sıra məhdudiyyətlər tətbiq edilib və ya sərtləşdirilib.
Belə ki, qapalı və açıq məkanlarda 200 nəfərdən çox adamın iştirak etdiyi tədbirlərin keçirilməsi qadağan edilib, gecə klublarının fəaliyyəti dayandırılıb, teatr və kinoteatrların açılması noyabrın 1-dək təxirə salınıb, məktəblərdə dərs ilinin başlaması ilə əlaqədar tədbirlərin keçirilməsi qadağan edilib, uşaq bağçalarında təlimlərin başlaması oktyabrın 1-ə keçirilib. Bundan başqa, ictimai nəqliyyatda yalnız tibbi maska ilə hərəkətə icazə verilir.