İranda ötən sutka ərzində 129 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22 798 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 063 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 395 488 nəfərə çatıb. Virus daşıyıcılarından 3 728 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 340 842 nəfər koronavirusdan sağalıb.
Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.
İranda indiyədək 3,48 milyondan çox diaqnoz testi həyata keçirilib.