Home Cəmiyyət Hərərəti yüksək olanlar məktəblərə buraxılmayacaq

Hərərəti yüksək olanlar məktəblərə buraxılmayacaq

559
0
SHARE

Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” təsdiq edib.

Trend-in məlumatına görə, qaydalara əsasən, təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilmir.

Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilməlidir.

Təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunur və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnməlidir

Təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilməlidir.