Home Dünya xəbərləri Lukaşenko Putinlə görüşəcək

Lukaşenko Putinlə görüşəcək

411
0
SHARE

Belarus Prezidenti Aleksandr Lukaşenko sentyabrın 14-də Rusiyaya səfər edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, işgüzar səfər çərçivəsində A.Lukaşenko Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Danışıqların nəticəsində hər hansı sənədlərin imzalanması gözlənilmir.

Qeyd edək ki, A.Lukaşenko avqustun 9-da keçirilmiş Prezident seçkilərində qalib gəlib.