Home Cəmiyyət Nazirlik: Yoluxma faktı olarsa, məktəb və ya sinif bağlana bilər

Nazirlik: Yoluxma faktı olarsa, məktəb və ya sinif bağlana bilər

591
0
SHARE

Biz valideynlərə müraciət edərək bildiririk ki, övladlarınızın səhhətində hər hansı problem, virus infeksiyasına oxşar simptomları varsa, onları məktəbə gətirməyin.

Trend-in məlumatına görə, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, kimsə hərarəti salan dərman atmaqla binaya keçə bilər: “Amma biz bu hallara tam olaraq nəzarət edə bilmərik. Bizdə gələcəkdə belə hal yaransa, Təhsil Nazirliyi yanında Operativ Qərargah yaradılacaq. Məktəbdə yoluxmalar olacaqsa, biz bunu birbaşa nəzarətə götürəcəyik və RGEM, Səhiyyə Nazirliyi ilə birlikdə nəzarət etməklə addımlarımızı müəyyən edəcəyik. Əgər yoluxma olarsa, biz hansısa məktəbin və ya lokal olaraq sinfin bağlanmasına qərar verəcəyik. Ona görə də valideynlərə müraciət edərək deyirik ki, xəstə uşaqlarını məktəbə göndərməsinlər”.