Home Cəmiyyət Təhsil Nazirliyi: Onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır

Təhsil Nazirliyi: Onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır

612
0
SHARE

Məktəblərdə onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin “Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblərdə onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir: “Ümid edirik ki, müəllimlər bu il daha məsuliyyətli olacaqlar. Şagirdlərin teledərs və onlayn dərslərdən öyrəndiklərinin qiymətləndirməsini aparacağıq”.