Home Dünya xəbərləri ÜST-ün baş direktoru: Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır

ÜST-ün baş direktoru: Dünyada təxminən 180 koronavirus peyvəndi hazırlanır

390
0
SHARE

Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır, bunlardan 35-i insanlarda sınaqdan keçirilir.

Trend xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.

Baş direktor bildirib: “Hazırda 180-ə yaxın peyvənd hazırlanır və onlardan təxminən 35-i insanlarda sınaqdan keçirilir”.

Onun sözlərinə görə, tarixdə heç bir xəstəliklə bağlı bu qədər sürətli tədqiqatlar olmayıb.

T.A.Qebreyesus əlavə edib ki, bu “son illərdə elm və texnologiyada inanılmaz irəliləyişi” nümayiş etdirir.