Home Manşet Deputat Pərvin Kərimzadə seçiciləri ilə görüşüb (FOTO)

Deputat Pərvin Kərimzadə seçiciləri ilə görüşüb (FOTO)

400
0
SHARE

37 Saylı Nizami (Gəncə) Birinci Seçki Dairəsindən millət vəkili seçilmiş Pərvin Kərimzadə növbəti dəfə seçiciləri ilə görüşüb. Xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.

Trend-in məlumatına görə, seçiciləri ilə səmimi söhbət edən millət vəkili Pərvin Kərimzadə hər bir vətəndaşın təklifi, eləcə də şikayəti ilə tanış olub, aktual məsələlər üzrə müzakirələr aparıb. Seçicilərin problemlərinə həssaslıqla yanaşan Pərvin Kərimzadə məsəlnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atacağını, aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.

Görüş zamanı deputata ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Millət vəkili ilə səmimi söhbət edən seçicilər də öz növbələrində dövlətin və dövlət başçısı İlham Əliyevin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını çatdırıblar.