Home Dünya xəbərləri Fransada son sutkada 9,4 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

Fransada son sutkada 9,4 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb

593
0
SHARE

Fransada son sutkada 9,4 min yeni koronavirusa yoluxma hadisəsi aşkar edilib.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edilir ki, bir gün əvvəl bu say 9,8 min idi və pandemiyanın başlanğıcından indiyədək ölkə miqyasında rekord göstərici olub.

Son 24 saat ərzində ölkədə 80 nəfərin koronavirusdan öldüyü bildirilir, bu hal üzrə ümumi say isə 31 minə yaxınlaşır.

Ümumilikdə Fransada pandemiya zamanı 360 mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb.