Home Cəmiyyət Tovuzda sərhəd kəndlərində məktəblilərə futbol geyimləri paylanıb (FOTO)

Tovuzda sərhəd kəndlərində məktəblilərə futbol geyimləri paylanıb (FOTO)

67
0
SHARE

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Tovuzda keçirilib.

Trend-in məlumatına görə, layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədilə icra olunur.

Layihə çərçivəsində rayonun sərhəd kəndlərində 50 məktəbliyə futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, Sabir Hacıyev, Tamam Cəfərova və digər rəsmi şəxslər iştirak ediblər.