Home Manşet Şəbnəm Həsənova: Erməni riyakarlığı yenidən UNESCO müstəvisində

Şəbnəm Həsənova: Erməni riyakarlığı yenidən UNESCO müstəvisində

650
0
SHARE

İşğalçı Ermənistanın Azərbayacana qarşı olan vandalizm və Azərbaycanafobiya siyasətini təkcə silah vasitəsilə deyil, eyni zamanda ideoloji müstəvidə də davam etdirir. Belə ki, ermənilər UNESCO-da davamlı olaraq Naxçıvanda, Culfada erməni xaçqarlarının dağıdılması ilə bağlı məsələ qaldırırlar. Bu günlərdə isə bu məsələni yenidən gündəmə gətirməyə çalışırlar”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloqun sözlərinə görə, ermənilərin irəli sürdüyü bu iddialar isə öz törətdikləri vəhşilikləri, etdiyi əməlləri qarşı tərəfin üstünə yıxmaq cəhdindən başqa bir şey deyil: “Çünki heç kəsə sirr deyil ki, Azərbaycanın tarixi-dini abidələri Ermənistan tərəfindən dağıdılmış, dini abidələrimiz təhqir edilmişdir. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılmaqla kifayətlənməmiş, hətta bəzi məscidlərdə heyvan da saxlanılır. Bu isə fundamental insani dəyərlərə ziddir. Bu iyrənc və insanlığa uzaq olan əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar mövcuddur. Tarixi dədə-baba şəhərlərimizin, rayon və kəndlərimizin, tarixi abidələrimizin adlarının dəyişdirilməsi, tanınmış Azərbaycan ziyalılarının, görkəmli şair və yazıçıların heykəllərinin, büstlərinin güllə atəşinə tutulması, məzar daşlarının, qəbiristanlıqlarının atəşə tutulması, muzeylərimizin yerlə yeksan edilməsi hallarının dəfələrlə şahidi oluruq”. Ş.Həsənova vurğulayıb ki, Beynəlxalq hüquq müstəvisində Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.