Home Manşet Afət Həsənova seçicilərin qaldırdığı məsələlərlə yerində tanış olub (FOTOLAR)

Afət Həsənova seçicilərin qaldırdığı məsələlərlə yerində tanış olub (FOTOLAR)

589
0
SHARE

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən Milli Məclisin deputatı Afət Həsənova seçicilərinin növbəti onlayn qəbulunu keçirib.

Trend-in məlumatına görə, qəbul zamanı seçiciləri ilə səmimi söhbət edən və onlarla qarşılıqlı müzakirələr aparan A.Həsənova hər bir seçicinin qaldırdığı məsələni diqqətlə dinləyib, həlli mümkün olan məsələlərlə bağlı operativ tədbirlərin görülməsini təmin edib, o cümlədən icra başçsının və aidiyyatı məsul şəxslərin iştirakı ilə bir sıra problemlərə yerində baxış keçirib.

Vətəndaşların problemlərinə diqqətlə yanaşan A.Həsənova qeyd edib ki, qaldırılan bütün məsələlər araşdırılıb lazımi qurumlara müraciət ediləcək və məsələlərin həlli nəzarətdə saxlanılacaq:

“Qəbul zamanı (11.09.2020-ci il tarixdə) seçicilərin problemləri dinlənilib, müvafiq hüquqi izah verilib, həlli mümkün məsələlərlə bağlı operativ tədbirlər görülüb. Qaldırılan digər problemlər nəzarətə götürülməklə qısa müddət ərzində tərəfimdən görülmüş işlər barədə də müraciət müəlliflərinə müvafiq qaydada məlumat veriləcək.

Həmçinin keçirdiyim onlayn qəbul zamanı seçicilərin Yeni Suraxanı qəsəbəsindəki yol infrastrukturu və ekoloji sahədə problemlərlə bağlı kollektiv müraciətini səsləndirən sakin Ələddin Xələflinin də iştirakı ilə rayonumuzun icra başçısı Əziz Əzizov və digər məsul şəxslərlə birgə əraziyə baxış keçirərək problemlərlə, eləcə də qəsəbədə aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olduq. Məsələ ilə əlaqədar atılacaq növbəti addımlar barədə əlavə məlumat veriləcəkdir”.

Seçicilər də öz növbəsində səmimi qəbula və qaldırılan məsələlərin diqqətlə dinlənilməsinə və operativ tədbirlərin görülməsinə görə A.Həsənovaya minnətdarlıqlarını bildiriblər. Seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf proseslərinin hər bir vətəndaşın həyatına müsbət təsir etdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq-abadlıq işlərindən və sosial layihələrdən Suraxanı rayonu da kənarda qalmayıb. Pandemiyaya baxmayaraq rayonda nəzərdə tutulan quruculuq-abadlıq işlərinin, mədəni və sosial layihələrin icrası davam etdirilib.