Bu gün 14 sentyabrda yeni tədris ili ərəfəsində Kican kənd orta məktəbin tədris ilinə hazırlıq vəziyyəti ilə tanış olduq. Məktəbdə pandemiya dövrünün tələblərinə uyğun tədrisə başlanması üçün şərait yaradılıb. Amma çox təəssüf olsun ki, bu kəndin şağirdləri kənddə internet olmadığına görə distant təhsildən kənarda qalacaqlar. Məsələ əlaqədar qurumlar qarşısında qaldırılması üçün tərəfimizdən qeydiyyata götürüldü.
Bu barədə Millət vəkili Azər Badamov öz Facebook hesabında məlumat verib, fotolar paylaşıb.
Paylaşımı və fotoları təqdim edirik: