Home Cəmiyyət “AzTV Xəbər” efirdədir! – Bu gündən tam yeni təqdimatda (VİDEO)

“AzTV Xəbər” efirdədir! – Bu gündən tam yeni təqdimatda (VİDEO)

609
0
SHARE

Azərbaycan Televiziyasında gündəlik xəbərlərin təqdim olunduğu informasiya proqramı bu gündən yenilənmiş formatda efirə çıxıb.

Trend-in məlumatına görə, uzun illər “Xəbərlər” adı ilə efirə gedən verilişin adı dəyişdirilərək “AzTV Xəbər” olub.

Bundan başqa, veriliş tamamilə yenilənmiş, müasir studiyadan yayımlanmağa başlayıb.

Bu gün saat 10:00-da “AzTV Xəbər”in yenilənmiş ilk buraxılışını tanınmış teleaparıcılar Rafiq Həşimov və Dilarə Səlim Təqdim edib.