Home Cəmiyyət Bakı metropoliteninin “B3” stansiyasında işlər yekunlaşmaq üzrədir

Bakı metropoliteninin “B3” stansiyasında işlər yekunlaşmaq üzrədir

629
0
SHARE

Bakı metropoliteninin tikilməkdə olan “B3” şərti adlı stansiyasında tikinti işləri yekunlaşmaq üzrədir.

Trend-in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyada son tamamlanma işləri aparılır:

 

“Bilirsiniz ki, stansiyada quraşdırılacaq avadanlıqların bəziləri xarici ölkələrdən gəlir. Əgər avadanlıqların gətirilməsi prosesində pandemiya ilə əlaqədar gecikmələr olmasa, stansiya bu ilin sonuna qədər istifadəyə verilə bilər”.