Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 15 minə yaxın nəfər yoluxub.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 330 455 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 415 nəfər ölüb, ölənlərin ümumi sayı 131 625 nəfər təşkil edir.